Azərbaycanda külli miqdarda valyutanın qanunsuz çıxarılmasının qarşısı alınıb

Azərbaycanda külli miqdarda valyutanın qanunsuz çıxarılmasının qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Aprel , 2017 12:49
Azərbaycanda külli miqdarda valyutanın qanunsuz çıxarılmasının qarşısı alınıb

Bakı. 18 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya vətəndaşının əşyaları və əynindəki gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.

Təkrar yoxlama zamanı, vətəndaşın gödəkçəsinin və çexolun içində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi