Azərbaycanda külli miqdarda pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb

Azərbaycanda külli miqdarda pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb Bakı. 27 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar.
Hadisə
27 Noyabr , 2018 10:28
Azərbaycanda külli miqdarda pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar.

Komitədən “Report”a verilən məlumata görə, Baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "İveco Otoyol" markalı yük avtomobili Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılıb. 

Nəqliyyat vasitəsinə baxış zamanı, ümumilikdə 150 225 ədəd müxtəlif növ petarda və 512 ədəd yaylım fişəngi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi