Yuxarı

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ramazanovdan narkotik vasitə olan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 800 qram marixuana da götürülüb.

Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Niyaməddin Həsənovun evindən 2 kiloqram 700 qram marixuana götürülüb.

Ağsu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Bəkirzadədən 36 qram, evindən isə 455 qram marixuana və 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi