Azərbaycanda koronavirusa 2 392 yeni yoluxma qeydə alınıb, 31 nəfər ölüb

Azərbaycanda koronavirusa 2 392 yeni yoluxma qeydə alınıb, 31 nəfər ölüb Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib
Hadisə
3 Aprel , 2021 16:39
Azərbaycanda koronavirusa 2 392 yeni yoluxma qeydə alınıb, 31 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 268 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 585, ötən müddət ərzində isə ümumilikdə 2 916 745 test aparılıb.

Son xəbərlər

Orphus sistemi