Azərbaycanda kollecin sabiq əməkdaşına elektron qolbaq taxılıb

Azərbaycanda kollecin sabiq əməkdaşına elektron qolbaq taxılıb Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin sabiq laborotoriya müdiri Səadət Əliyevaya hökm oxunub və o, 2 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Hadisə
6 İyun , 2022 17:03
Azərbaycanda kollecin sabiq əməkdaşına elektron qolbaq taxılıb

Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin sabiq laborotoriya müdiri Səadət Əliyevaya hökm oxunub və o, 2 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

“Report”un xəbərinə görə, bu barədə qərar Sumqayıt Apellyasiya Məhkəməsində elan olunub.

Hökmə əsasən, S.Əliyeva barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs azadlığa buraxılıb.

Qeyd edək ki, S.Əliyeva tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə zərərçəkmişə həmin vaxt laborotoriya müdiri işlədiyi Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində işə düzəlməsində köməklik göstərəcəyini vəd edib. Lakin sonradan verdiyi vədə əməl etməyib.

O, 8 zərərçəkmişin ümumilikdə 49 450 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Əliyeva 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Daha sonra təqsirləndirilən şəxs hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi