Azərbaycanda köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub

Azərbaycanda köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Oktyabr , 2017 17:09
Azərbaycanda köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub
Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşları ilə birgə əməliyyat keçirib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, əməliyyat tədbirləri nəticəsində Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9 028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" 18 mart 2016-cı il tarixli qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Aşkar olunan 9028 ədəd "Tramadol"un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi