Yuxarı

Azərbaycanda kinoloji itin köməyi ilə külli miqdarda siqaret aşkar edilib

Azərbaycanda kinoloji itin köməyi ilə külli miqdarda siqaret aşkar edilib
Faktla bağlı araşdırma aparılır
© Customs.gov.az

Bakı. 15 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ -21074" markalı nəqliyyat vasitəsinə "Nayk" ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Bundan sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5200 ədəd "Marlboro" və 1200 ədəd "Golden Gate" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi