Yuxarı

Azərbaycanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

Cinayət işi başlanılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, itkin düşmüş 33 yaşlı Səxavət Musayevin üzərində kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti Tərtər rayonunun Şıxarx qəsəbəsinin ərazisində tapılıb.

Məlum olub ki, qətli törədən Ağdam rayon sakini Aqil Aslanov, Tərtər rayonunun Səhlabad kənd sakinləri Şaiq Həsənov və əvvəllər məhkum olunan Səxavət Orucovdur. 

 Hər üç şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi