Yuxarı
    Bağlamaq

    Azərbaycanda istirahət günlərində baş verən yol qəzalarında 2 nəfər ölüb, 11 nəfər yaralanıb

    Eyni zamanda, 52 sürücü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb

    Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

    "Report"un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 26-27-də respublika ərazisində 5 yol qəzası qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

    Bundan əlavə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 4 745 sürücünü cərimələyiblər. Onlardan 52-si sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi