Azərbaycanda istintaqdan gizlədilmiş silah-sursat aşkar edilib

Azərbaycanda istintaqdan gizlədilmiş silah-sursat aşkar edilib Silah-sursat Bakı şəhəri Nizami rayon Polis İdarəsinə təhvil verilib
Hadisə
7 Noyabr , 2014 18:11
Azərbaycanda istintaqdan gizlədilmiş silah-sursat aşkar edilib
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmət (PX) əməkdaşları istintaqdan gizlədilmiş silah-sursat aşkar ediblər. Bu barədə “Report”a PX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Belə ki, PX Əməliyyat-rejim idarəsinin və Müalicə müəssisəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məsuliyyətiə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Əmirov Sərvər Xanış oğlu həbsdən əvvəl Yardımlı rayonunda yaşadığı evin yaxınlığından sellofan bükülüdə tapdığı odlu sialh və sursatı könüllü təhvil vermək istədiyini bildirib.

Təqsirləndirilən şəxs S.V.Əmirovun qohumu Yardımlı rayon sakini İsmailov Vüsal Asif oğlu vasitəsi ilə təhvil verilən, darağında gülləsi olmayan, “ATMAGA-2004-Light” tipli 1 ədəd tapanca, həmin tapancaya məxsus 95 ədəd 9 mm kalibirli patron və AKM markalı avtomat silaha məxsus içərisində 5-45 kalibirili 22 ədəd güllə olan 1 ədəd daraqdan ibarət silah-sursat Penitensiar xidmət əməkdaşlarının iştirakı ilə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi