Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşının məhkəməsi başlayıb

Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşının məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu və Aynurə Qocayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
25 Aprel , 2019 10:39
Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu Aynurə Qocayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində insan alveri ittihamı irəli sürülüb.

G.Tavukçu və A.Qocayeva ölkə vətəndaşları olan 4 qadını Türkiyə Respublikasına apararaq insan alverinə məruz qoyub.

Son xəbərlər

Orphus sistemi