Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb

Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb Bu qurbanlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır
Hadisə
16 Aprel , 2021 16:18
Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
0 : 00
0 : 00

2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Bu qurbanlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır. Qurbanların 93 nəfəri Azərbaycan, bir nəfəri Rusiya vətəndaşıdır.

Qurbanlardan 81-i istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.

9 nəfər ölkə daxilində məcburi əməyə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi