DİN: "Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb"

DİN: "Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb" 2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır.
Hadisə
110
24 Yanvar , 2022 17:45
DİN: Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb

Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır: "Bu günə qədər respublika ərazisində 51 853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2 505 monitorinq aparılıb. Monitorinqlərin 39 779-u polis tərəfindən, 12 074-ü digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3 369 təşkil edib, 44 cinayət işi başlanılıb. COVID-19 pasportu olmadığına görə 64 580 nəfər şənlik mərasimlərinə buraxılmayıb".

Son xəbərlər

Orphus sistemi