Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 İyul , 2016 12:02
Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb. 

“Report”un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, hadisələrdən biri Ağcabədi rayonunda baş verib. İyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub.

Digər hadisə Xaçmazda qeydə alınıb. İyulun 16-da Xaçmaz rayonunun Məmmədxanlı İlxıçı kəndində azyaşlı Mirzəbəy Kərimov ehtiyatsızlıqdan su kanalına düşərək boğulub. 

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi