Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başlayıb

Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başlayıb “Holcim” pul iddiası barədə tələb irəli sürüb
Hadisə
30 Sentyabr , 2015 10:21
Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başlayıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Holcim" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azenco" ASC-ni məhkəməyə verib.

"Report"un xəbərinə görə, "Holcim" pul iddiası barədə tələb irəli sürüb. İddia olunan vəsaitin məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Holcim" (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan "Holcim Qrup"unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir. 

"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Son xəbərlər

Orphus sistemi