Yuxarı

Azərbaycanda iki nəfər pəncərədən yıxılaraq ölüb

Hər iki faktla bağlı araşdırmalar aparılır

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda bədbəxt hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 10-da Nərimanov rayonu ərazisində yaşayan 49 yaşlı Namiq Sultanov ehtiyatsızlıqdan evinin pəncərəsindən (5-ci mərtəbə), Şəki şəhərində yaşayan Ziyəddin Abdurəhmanov isə evinin eyvanından (2-ci mərtəbədən) yıxılaraq ölüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi