Bakıda iki nəfər itkin düşüb - FOTO

Bakıda iki nəfər itkin düşüb - FOTO Onları görənlərdən xəbər vermələri xahiş olunub
Hadisə
31 Avqust , 2017 11:33
Bakıda iki nəfər itkin düşüb - FOTO

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanda iki nəfər itkin düşüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhərində anadan olan 1958-ci il təvəllüdlü Mirvahid Musəvi bu ilin mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxmış və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daimi eynəkdə olub, saçları ağdır.

Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub.

Mirvahid Musəvini görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bundan başqa, Kürdəmir rayonunda anadan olan 25 yaşlı Solmaz Asim qızı Qaçayeva cari il mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxmış və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub.

Solmaz Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi