Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bu barədə "Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, avqustun 23-də Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan Eynulla Əşrəfovu evində, Qəbələ rayonunun Savalan kəndində yaşayan Ağali Çələbiyevi isə həyətində elektrik cərəyanı vurub.
Hər iki şəxs hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.