Azərbaycanda iki ailə avtomobil qəzasına düşüb, 7 nəfər xəsarət alıb

Azərbaycanda iki ailə avtomobil qəzasına düşüb, 7 nəfər xəsarət alıb Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir
Hadisə
13 Dekabr , 2016 09:43
Azərbaycanda iki ailə avtomobil qəzasına düşüb, 7 nəfər xəsarət alıb

Şəmkir. 13 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, iki ailənin düşdüyü qəzada 7 nəfər xəsarət alıb.

Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Oruc Vəliyevin idarə etdiyi "VAZ -2106" markalı avtomaşın qarşı tərəfdən gələn rayonun Tatarlı kənd sakini, 1989-cu il təvəllüdlü  Xaliq İsmayıl oğlu Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə toqquşub. 

Nəticədə "VAZ-2106"-nın sürücüsü və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü  Səadət Ziyad qızı Vəliyeva, "VAZ-2105" markalı avtomaşının sürücüsü, onun qardaşı 1994-cü il təvəllüdlü Xalis İsmayıl oğlu Bayramov, valideynləri İsmayıl Bayramov və Şəfiqə Bayramova və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Xəstəxanadan S.Vəliyeva və X.Bayramovun vəziyyətlərinin ağır olduğu bildirilib. 

Qeyd edək ki, "VAZ -2106" markalı avtomobilin sürücüsü O.Vəliyev hərbçidir. 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 263.1 ( nəqliyyatda bir və daha artıq şəxsin sağlamlığına ağır və az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi