Yuxarı

​Azərbaycanda icra hakimiyyətinin avtomobili körpüdən düşüb: 2 ölü, 3 yaralı - YENİLƏNİB

Ölən şəxslərdən biri Qax Rayon İcra Hakimiyyətinin əməkdaşıdır

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda rayon icra hakimiyyətinə məxsus avtomobil körpüdən düşüb. “Report” xəbər verir ki, hadisə Qax şəhərində baş verib.

Belə ki, Qax Rayon İcra Hakimiyyətinə məxsus (RİH) “34 AA 054” dövlət nömrə nişanlı “QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən düşüb.

Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxslərdən biri Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid Əhmədov, digəri isə Vüqar Paşayevdir. Yaralılar isə avtomobilin sürücüsü, Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Qazaxov, Firudin Yusifzadə və Asif Məmmədzadədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi