Azərbaycanda İran vətəndaşından 3 kiloqrama yaxın heroin aşkarlanıb - FOTO

Azərbaycanda İran vətəndaşından 3 kiloqrama yaxın heroin aşkarlanıb - FOTO ​Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
8 Fevral , 2016 18:10
Azərbaycanda İran vətəndaşından 3 kiloqrama yaxın heroin aşkarlanıb - FOTO

Bakı. 8 fevral. REPORT.AZ/ Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı narkotik alverçisi tutulub. "Report" xəbər verir ki, İran İslam Respublikası vətəndaşı, 41 yaşlı Banı Nazi Mansoor Karman oğlu Biləsuvar sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçib. O, sərhədyanı ərazidə qaçaq yolla gətirilərək gizlədilmiş 3 kiloqrama yaxın narkotik maddə olan heroini şərti alıcıya satarkən yaxalanıb.

Saxlanılan şəxs narkotik maddəni 22 min dollar müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi