Azərbaycanda həmyerlisinə 8 bıçaq zərbəsi vuran şəxs tutulub

Azərbaycanda həmyerlisinə 8 bıçaq zərbəsi vuran şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Oktyabr , 2015 10:14
Azərbaycanda həmyerlisinə 8 bıçaq zərbəsi vuran şəxs tutulub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Balakən rayonunda 8 bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib. "Report"un məlumatına görə, hadisə rayonun Qullar kəndində baş verib. Gərəkli kənd sakini 29 yaşlı Ruslan Zeynalov bədənin müxtəlif nahiyələrində çoxsaylı bıçaq xəsarətləri ilə Balakən rayon Mərkəzi xəstəxanasına daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, Ruslan Zeynalov belin sağ və sol kürək nahiyələrindən ümumilikdə kəsilmiş və deşilmiş beş, ayağın bud nahiyəsindən iki və üz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Yaralı cərrahiyə əməliyyatı olunandan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Balakən Rayon Polis Şöbəsindən "Report"a bildirilib ki, R.Zeynalov və rayonun Qullar kənd sakini 31 yaşlı Elvin Nastakalov arasında mübahisə düşüb. Mübahisə zamanı Elvin Nastakalov üzərində olan bıçaqla R.Zeynalova çoxsaylı bıçaq xəsarətləri yetirib. Təxirəsalınmaz tədbirlər nəticəsində E.Nastakalov tutularaq istintaqa təhvil verilib. Hadisə baş verən zaman hər iki şəxsin içkili olduğu bildirilir. 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi