Yuxarı
    Bağlamaq

    Azərbaycanda həkimin səhv diaqnozu nəticəsində körpə doğuşdan sonra ölüb - FOTO - TƏFƏRRÜAT

    Faktla bağlı araşdırmalara başlanılıb© Report.az

    Lənkəran. 12 avqust. REPORT.AZ/ Lənkəranda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 5 günlük körpə tələf olub. Valideynləri ölümün səbəbini həkim səhlənkarlığı ilə izah edirlər.

    "Report"un Cənub bürosunun məlumatına görə, ana olmağa hazırlaşan Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Vəlişova Kəmalə Zahid qızı müayinə olunmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. K.Vəlişovanın atası "Report"un müxbirinə bildirib ki, qızı xəstəxanaya gətiriləndə problemi olmayıb: "Qızım Masallıda ultrasəs müayinəsindən keçmişdi. Demişdilər ki, doğuş vaxtına qalıb. Təkrar yoxlamadan keçirmək üçün Lənkərana gətirdik. Burda bildirildi ki, ana 36 aylıq hamiləlik dövründədir".

    K.Vəlişovanın yaxınları həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ananın 32 həftəlik hamilə olduğunu söyləyiblər. Lakin, gənc qadını müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib. Avqustun 5-də K.Vəlişova qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki döl 32 həftəlik olub. Yəni, körpə 45 gün tez dünyaya gəlib. Körpə xüsusi kameraya yerləşdirilib. Bu gün körpənin ailəsinə ölüm xəbəri verilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi