Azərbaycanda həbsxanaya şampun qabında telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycanda həbsxanaya şampun qabında telefon keçirilməsi cəhdinin qarşısı alınıb Fakt üzrə araşdırma aparılır
Hadisə
9 Yanvar , 2015 18:37
Azərbaycanda həbsxanaya şampun qabında telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda həbsxanaya şampun qabında telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Pentensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələrinə əsasən, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Pənah Əhliman oğlu Babayevə Bakı şəhər sakini vətəndaş Rövşən Əli oğlu Ələkbərovun gətirdiyi sovqata baxış keçirilən zaman “HOBBY” markalı şampun qabının içərisindən 1 ədəd “Nokia-C5” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi