Azərbaycanda həbsdə olan partiya sədri bəraət alıb - FOTO

Azərbaycanda həbsdə olan partiya sədri bəraət alıb - FOTO Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib
Hadisə
31 Oktyabr , 2016 20:41
Azərbaycanda həbsdə olan partiya sədri bəraət alıb - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən Babək Ədalətli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, B.Ədalətli 2013-cü il mayın 29-da polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (narkotik, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində CM-nin 234.4.3-cü maddəsi 234.1-ci maddəsinə tövsif olunaraq 2 il həbs cəzası verilib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, B.Ədalətli Şah İsmayıl Xətai adına Azərbaycan Demokrat Partiyasının sədridir.

Son xəbərlər

Orphus sistemi