Son 10 ildə Azərbaycanda haqqında cinayət işi açılan vəzifəli şəxslərin sayı açıqlanıb

Son 10 ildə Azərbaycanda haqqında cinayət işi açılan vəzifəli şəxslərin sayı açıqlanıb “Bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub”
Hadisə
22 Aprel , 2015 11:13
Son 10 ildə Azərbaycanda haqqında cinayət işi açılan vəzifəli şəxslərin sayı açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ “Son 10 ildə korrupsiya cinayətləri ilə bağlı 1 781 vəzifəli şəxs barəsində 1 025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib. Onlardan 68-i rüşvətalma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub”.

“Report” xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub, onlardan 122 milyon manatın dövlət büdc­əsinə ödənilməsi təmin edilib.

İndiyədək Baş İdarənin “Qaynar xətt”inə vətəndaşlar tərəfindən 22 822 müraciət və məlumat daxil olub.

Cinayət işləri ilə bağlı Baş İdarənin əməliyyat qrupları tərəfindən 76 əməliyyat tədbirləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi