Azərbaycanda hakim koronavirusdan vəfat etdi

Azərbaycanda hakim koronavirusdan vəfat etdi Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.
Hadisə
3180
26 İyun , 2020 16:46
Azərbaycanda hakim koronavirusdan vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə deputat Fazil Mustafa məlumat paylaşıb.

N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib: "Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

Qeyd edək ki, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi