Azərbaycanda güclü zəlzələ baş verib - FOTO

Azərbaycanda güclü zəlzələ baş verib - FOTO Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın bölgələrində güclü zəlzələ baş verib.
Hadisə
15 Noyabr , 2017 23:51
Azərbaycanda güclü zəlzələ baş verib - FOTO

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın bölgələrində güclü zəlzələ baş verib.

"Report"un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.

İlkin ehtimala görə, zəlzələnin gücü 4-5 bal olub və təxminən 35-40 saniyə davam edib.

Qeyri-rəsmi məlumatlara görə, zəlzələ 4,9 maqnituda gücündə olub və onun mərkəzi Bərdədə, yerin 60 km dərinliyində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi