Azərbaycanda gömrükdən gizlədilən mobil telefonlar və aksesuarları aşkar edilib

Azərbaycanda gömrükdən gizlədilən mobil telefonlar və aksesuarları aşkar edilib Bakı.11 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi BMW-525 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Hadisə
11 İyul , 2018 14:10
Azərbaycanda gömrükdən gizlədilən mobil telefonlar və aksesuarları aşkar edilib

Bakı.11 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "BMW-525" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan "Report"a verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. 

Daha sonra baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd "X-Bo" və 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar və aksessuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi