Azərbaycanda gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib

Azərbaycanda gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib Bakı. 27 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Xanoba gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi Ford Transit markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Hadisə
27 Dekabr , 2017 10:43
Azərbaycanda gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib
Customs.gov.az

Bakı. 27 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkçənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi