Azərbaycanda gömrük nəzarətindən gizlədilən külli miqdarda pirotexniki vasitə aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilən külli miqdarda pirotexniki vasitə aşkar edilib Bakı. 19 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Hadisə
19 Dekabr , 2017 11:13
Azərbaycanda gömrük nəzarətindən gizlədilən külli miqdarda pirotexniki vasitə aşkar edilib
Customs.gov.az

Bakı. 19 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb.

Bundan başqa, DGK-nın Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan gömrük ərazisinə gömrük qayadaları pozulmaqla pirotexniki vasitələrin gətirilməsinə dair daxil olan əməliyyat məlumatına əsasən. şöbənin əməkdaşları "Volkswagen Bora" markalı minik avtomobilinin Şəmkir rayonunun ərazisində saxlayıb. İdarənin inzibati binasının həyətinə gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin ön buferininin altından, qabaq sol qapısının və yük yerində olan ehtiyat təkərin içərisindən üzərində "Petards K0201" sözləri yazılan 390 qutu, üzərində "Super Triangulos HF 606" sözləri yazılan 200 ədəd, üzərində "Black Devil Mega" sözləri yazılan 175 ədəd və üzərində "Zolja" sözləri yazılan 40 ədəd pirotexniki vasitə aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi