Azərbaycanda göbələkdən kütləvi zəhərlənmə baş verib

Azərbaycanda göbələkdən kütləvi zəhərlənmə baş verib Zəhərlənənlərdən üçünün vəziyyəti ağırdır
Hadisə
28 Oktyabr , 2015 16:12
Azərbaycanda göbələkdən kütləvi zəhərlənmə baş verib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Balakəndə göbələkdən zəhərlənmə hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonunun Xalatala kənd sakinləri Şaban Qurbaçov, onun həyat yoldaşı Cəvahir Qurbaçova, qardaşı Şahin Qurbaçov və onların qonşuları Yusif Yusifov zəhərlənmə əlamətlərilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 

Məlum olub ki, onlar axşam saatlarında yaşadıqları evin həyətyanı sahəsində göbələk yığaraq bişirib yeyiblər. Onlardan vəziyyətləri ağır olan Ş.Qurbaçov, C.Qurbaçova və Y.Yusifov Bakıya göndərilib. Ş.Qurbaçov isə hazırda rayonda müalicə olunur.

Son xəbərlər

Orphus sistemi