Yuxarı

​Azərbaycanda evli kişi qaçırdığı 19 yaşlı qızı öldürüb

O, qaçırdığı qızı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Tərtərdə qətl hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun 29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Qurbanova Tofiqə Məhəmməd qızını öldürüb.

Tərtər Rayon Prokurorluğundan "Report"a bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F.Zeynalov ailəli olub və qaçırdığı T.Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F.Zeynalov qaçırdığı qızı boğaraq öldürüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi