​Azərbaycanda evində narkotik maddə becərən şəxs saxlanılıb

​Azərbaycanda evində narkotik maddə becərən şəxs saxlanılıb Elşən Məmmədov barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətiimkan tədbiri seçilib
Hadisə
8 Oktyabr , 2015 20:57
​Azərbaycanda evində narkotik maddə becərən şəxs saxlanılıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları növbəti uğurlu əməliyyatını həyata keçirib. "REPORT" xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik maddə əkib becərən rayon sakini həbs edilib. Rayonun Turan qəsəbə sakini Elşən Kərim oğlu Məmmədov tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkisi yetişdirib. O, daha sonra həmin bitkiləri kultivasiya edərək kustar üsulla emal edib və xüsusi qaydada sellofan torbalara yığaraq yaşadığı evdə saxlayıb. Evə baxış keçirilərkən təmiz çəkisi 4 kq 53 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. 

Elşən Məmmədov barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətiimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi