Bakı. 27 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində evdə köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində mənzildə 3 nəfər, o cümlədən 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olub və giriş qapısını açıblar. Bununla da vətəndaşlara müvafiq köməklik göstərilib.
Azərbaycanda evdə köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib
Hadisə
27 Noyabr , 2014
15:52


Son xəbərlər
