Yuxarı

Azərbaycanda əfv edilən məhbusların sayı açıqlanıb

Azərbaycanda əfv edilən məhbusların sayı açıqlanıb
4 amnistiya aktı 40 mindən çox şəxsi əhatə edib

Bakı. 22 noyabr. REPORT.AZ/ "Ötən dövrdə möhtərəm Prezidentin imzaladığı sərəncamlarla 3800-dən çox şəxs əfv olunub, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox şəxsi əhatə edib".

“Report” xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

"Həmçinin dövlət başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına səbəb olub", - deyə nazir yazıb.

O bildirib ki, cəza icra siyasətində mühüm institutlardan olan məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı nazirlikdə yaradılmış xüsusi komissiya tərəfindən 8.700-dən çox məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi