Azərbaycanda yaşayan Filippin vətəndaşı hamamda ölüb

Azərbaycanda yaşayan Filippin vətəndaşı hamamda ölüb Azərbaycanda əcnəbi ölüb.
Hadisə
21 Sentyabr , 2022 09:19
Azərbaycanda yaşayan Filippin vətəndaşı hamamda ölüb

Azərbaycanda müvəqqəti yaşayan Filippin vətəndaşı hamamda çimərkən qəflətən ölüb.

"Report" xəbər verir ki, hadisə sentyabrın 20-də Abşeron rayon Saray qəsəbəsi, Təzə Məhəllə yaşayış massivində qeydə alınıb.

Belə ki, Azərbaycan ərazisində müvəqqəti yaşayış icazəsi olan - Filippin vətəndaşı, 1951-ci il təvəllüdlü Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi