​Azərbaycanda döyülən jurnalist dünyasını dəyişib

​Azərbaycanda döyülən jurnalist dünyasını dəyişib O, futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia etmişdi
Hadisə
9 Avqust , 2015 12:41
​Azərbaycanda döyülən jurnalist dünyasını dəyişib

Bakı. 9 Avqust. REPORT.AZ/ Avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyev bu gün səhərə yaxın 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

"Report" xəbər verir ki, mərhum jurnalist dünyasını dəyişməzdən əvvəl özlərini Cavid Hüseynovun qohumları kimi təqdim edən şəxslər tərəfindən döyüldüyünü iddia etmişdi.

Jurnalist döyülməsinə səbəb kimi, onun Cavid Hüseynovun Bakıda "Apollon" üzərində qələbədən sonra kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsini göstərib.

Son xəbərlər

Orphus sistemi