Azərbaycanda dövriyyəyə külli miqdarda saxta xarici valyutanın buraxılmasının qarşısı alınıb

Azərbaycanda dövriyyəyə külli miqdarda saxta xarici valyutanın buraxılmasının qarşısı alınıb Xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb
Hadisə
30 Mart , 2016 11:47
Azərbaycanda dövriyyəyə külli miqdarda saxta xarici valyutanın buraxılmasının qarşısı alınıb

Bakı. 30 mart. REPORT.AZ/ Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Nahid Nağıyevin tanışı Fəzail Cəlilovla birlikdə saxta ABŞ dollarının satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.

Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 10000 saxta ABŞ dollarını 3000 dollara satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslər ifadələri zamanı saxta pul əsginaslarını xarici dövlətlərdən birində əldə etdikdən sonra ölkəmizə gətirdiklərini bildiriblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əsginaslarından çətinliklə seçilir. 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi