Azərbaycanda dərman daşıyan yük maşını yanıb

Azərbaycanda dərman daşıyan yük maşını yanıb Şəmkir rayonunda avtomobildə yanğın hadisəsi baş verib.
Hadisə
29 Dekabr , 2020 09:30
Azərbaycanda dərman daşıyan yük maşını yanıb

Şəmkir rayonunda avtomobildə yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayon ərazisində “Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi