​Azərbaycanda dəhşətli qətl hadisəsinin üstü açılıb

​Azərbaycanda dəhşətli qətl hadisəsinin üstü açılıb 83 yaşlı kişi 86 yaşlı həyat yoldaşını öldürüb
Hadisə
6 Oktyabr , 2015 13:01
​Azərbaycanda dəhşətli qətl hadisəsinin üstü açılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda dəhşətli qətl hadisəsinin üstü açılıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, bu il sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağızlarnı yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və Xanpərinin hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilib.

S.Səfərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi