Azərbaycanda Dairə Seçki Komissiyasının keçmiş üzvünün evindən 50 min manat və 20 min dollar oğurlanıb

Azərbaycanda Dairə Seçki Komissiyasının keçmiş üzvünün evindən 50 min manat və 20 min dollar oğurlanıb Hadisə Masallı rayonunda baş verib
Hadisə
8 May , 2017 11:42
Azərbaycanda Dairə Seçki Komissiyasının keçmiş üzvünün evindən 50 min manat və 20 min dollar oğurlanıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanda Dairə Seçki Komissiyasının (DSK) keçmiş üzvünün evindən külli miqdarda pul oğurlanıb. 

"Report"un məlumatına görə, hadisə Masallı rayonunda baş verib.

Belə ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub. Naməlum şəxs və ya şəxslər Ə.Şahmarovun mənzilindən 50 min manat və 20 min dollar oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi