Azərbaycanda daha iki nəfər suda boğularaq ölüb

Azərbaycanda daha iki nəfər suda boğularaq ölüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
23 İyul , 2016 11:48
Azərbaycanda daha iki nəfər suda boğularaq ölüb

Bakı. 23 iyul. REPORT.AZ/ Dünən Azərbaycanda daha iki nəfər suda boğularaq ölüb.

“Report” Daxili İşlər Nazirliyin istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycanda 2 nəfər suda boğulub. Belə ki, Yardımlı rayon sakini Kamran Xurşudlu Mingəçevir su anbarında çimərkən boğulub. Şəmkir rayon sakini Rəşad Hüseynov isə Düyərli kəndində ehtiyatsızlıqdan suvarma üçün nəzərdə tutulmuş su hovuzuna düşərək boğulub.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi