Azərbaycanda daha bir narkotik qaçaqmalçılığının qarşısı alınıb

Azərbaycanda daha bir narkotik qaçaqmalçılığının qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Mart , 2017 10:18
Azərbaycanda daha bir narkotik qaçaqmalçılığının qarşısı alınıb
Report.az

Bakı. 29 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Türkiyə vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılıb.

Avtomobilə baxış zamanı, nəqliyyat vasitəsinin yük üçün nəzərdə tutulmuş hissəsindəki alətlər dəstinin yerləşdiyi yeşikdə bir ədəd bağlamada, xalis çəkisi 7,292 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi