Yuxarı

Narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs olunub

Azərbaycanda daha bir meyxanaçı həbs edilib

Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi