“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə bağlı
Nazirlikdən "Report"a verilən məlumata görə, sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.
Tədbirdə Fövqəladə Hallar naziri
İclasda “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövr ərzində həyata keçirilmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Prezident
Bildirilib ki, hazırda işlər fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində, ümumilikdə, müayinə nəticələri müsbət olan 243 binadan (kompleksdən) ümumi sahəsi 2873089 m2 olan 28443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.
İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr, habelə fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin operativ həllinə nail olunması yolları geniş müzakirə olunub, irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.