Azərbaycanda daha 113 yeni vəkil and içib

Azərbaycanda daha 113 yeni vəkil and içib Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
Hadisə
28 Dekabr , 2021 12:18
Azərbaycanda daha 113 yeni vəkil and içib
0 : 00
0 : 00

Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

"Report"un xəbərinə görə, mərasimdə VK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.

VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

Daha sonra tədbirdə 113 nəfər yeni namizəd and içib.

Onlara yeni nəsil VK üzvünün vəsiqəsi təqdim edilib.

Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 2 132 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi