Bakı. 1 noyabr. REPORT.AZ/ Goranboy rayonunda civə alveri ilə məşğul olan şəxslər tutulub. "Report"un məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki sakini 34 yaşlı Vüqar Fərrux oğlu Novruzov Yevlax sakini Əkbər Tofiq oğlu Nəcəfova bir ədəd şüşə bankada olan 3 kiloqram civə satarkən saxlanılıb. Həmin şəxslər polis şöbəsinə gətirilib. Maddi sübut kimi civə götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.
Azərbaycanda civə alverçiləri tutulub - FOTO
Hadisə
2 Noyabr , 2015
12:56
https://static.report.az/photo/d4ff95be-7372-41cb-a8cd-05b9c3947c73.jpg