Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Hadisə
16 Yanvar , 2018 09:01
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən gün Azərbaycanın daxili işlər orqanları 117 cinayət faktı qeydə alıb, onların da 28-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi