Yuxarı

Azərbaycanda cinayət işi üzrə müsadirə edilmiş narkotik və psixotrop maddələr yenidən istehsala yönləndirilə bilər

Azərbaycanda cinayət işi üzrə müsadirə edilmiş narkotik və psixotrop maddələr yenidən istehsala yönləndirilə bilər
Siyahıya standartlara cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar da daxildir

Bakı. 20 dekabr. REPORT.AZ/ İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar yenidən istehsala göndərilə və ya məhv edilə bilər.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarında deyilir.

Qərarda qeyd olunur:

1 “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi